Qraf, qrafinya (alm. Graf) — Qərbi Avropada erkən orta əsrlərdə kral rəsmisi.
Titul IV əsrdə Roma İmperiyasında yaranmış və əvvəlcə ən yüksək vəzifəli şəxslərə verilmişdir (məsələn, comes sacrarum largitionum "baş xəzinadar"). VI əsrin ikinci yarısından etibarən Frank dövlətində qraf öz mahalında/qraflığında (alm. Gau — əvvələr təqribən 100 nəfərdən ibarət qədim almanlarda kənd icması) məhkəmə, inzibati və hərbi səlahiyyətlərə sahib idi. II Keçəl Karlın fərmanı (877-ci il) ilə qrafın vəzifəsi və mülk sahibliyi irsi halına gətirildi.
Feodal dağınıqlığı dövründə — qraflığın feodal sahibi, sonra (feodal dağınıqlığının bitməsi ilə) ali zadəgan titulu. Titul olaraq monarxik idarəetmə formasına sahib bir çox Avropa ölkəsində rəsmi olaraq mövcudluğunu qoruyur.
Rusiyaya titul I Pyotr (1706-cı ildə onu ilk alan B. P. Şeremetyev olmuşdur) tərəfindən gətirilmişdir[1]. XIX əsrin sonlarında Rusiyada 300-dən çox qraf tituluna malik zadəgan nəsli var idi. Sovet Rusiyasında qraf titulu Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 11 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir.